“AzAqro” MMC sənaye tipli istixana kompleksi Azərbaycanda gülçülük sektorunda fəaliyyət göstərən və ən müasir texnologiyaları özündə birləşdirən istehsal müəssisəsi sayılır. Şirkət Azərbaycanda fəaliyyət göstərən ən iri yerli investisiya qruplarından biri olan “Synergy Group”a daxil olmaqla 2012-ci ildən Hollandiyanın DLV şirkəti ilə bağlanmış müqavilə əsasında bu ölkənin qızılgül sektorunda aparıcı brendlər olan "De Ruiter", "Lex+" və "Schreurs"  şirkətlərinin seleksiya məhsulları sayılan "Avalanche", "Candy Avalanche", "Myrna", "Wow", "Fiorenza", "Peach Avalanche", "Red Naomi" qızılgül sortlarını yetişdirir. Bu növlər artıq yerli bazarda rəğbət qazanmaqla gündən–günə artan geniş istehlakçı  bazarına malikdir.

AZAGRO  MMC  | Saytın bütün hüquqları qorunur.
 “Avalanche” 
"Lex+" şirkətinin ən uğurlu tapıntılarından biri olaraq ağ, iri və füsunkar butona malik olan növdür.
“Red Naomi” 
Şirkətimizin,  eləcədə də gül sektorunda satış həcminə görə 1 nömrəli növdür.Bu növ özünəməxsus iri, sıxləçəkli və tünd-qırmızı, məxməri butonlara malikdir.

“Candy Avalanche” 
Ağ və çəhrayı rənglərin vəhdətini təşkil edən məhsuldar bir növdür.
“Myrna”
Yeni yaradılmış, qırmızı rəngli  və uzunömürlü növdür.

"Peach Avalanche"
Eksperimental mutagenez üsulu ilə "Avalanche" sortundan alınmış və çəhrayı-portağal rənglərinin qarışığını əks etdirən yüksək dayanıqlı növdür.

MƏHSULLAR
AZ / EN RU
.
"Spray" güllər  
"Alegria", "B-bubbles", "Hot-bubbles", "Super-bubbles" növlərindən ibarətdir. Bu güllər morfoloji görünüşünə görə bir deyil, bir neçə butonlardan ibarət olaraq çətir formaya malikdirlər. Ənənəvi qızılgüllərlə müqayisədə məhsuldarlığı qismən aşağı olsa da anturajı daha zəngin və qiyməti daha yuxarıdır. Bu seqment gülçülükdə yeni dəb sayılır və özünəməxsus alıcı auditoriyasına sahibdir.

"Alegria"-Portağal rəngli və gözəl əhval-ruhiyyə yaradan görünüşə malikdir.
"B-bubbles"-iki rəngin ağ və qırmızı rənglərin qarşığından ibarət bir növdür.
"Hot-bubbles"- Çılğın qırmızı rəngdə, butonları nisbətən dolğun və yadda qalan çalarlara sahib bir güldür.        
"Super-bubbles" - Təmiz ağ rəngdə və heç bir çalar qarışığı olmayan bir növdür.

Müəssisədə istehsal olunan və sadalanan bütün məhsullar yüksək keyfiyyətlə və bütün beynəlxalq standartlara cavab verən steril şəraitdə tədarük olunur, 3-4 C temperaturda saxlanılaraq, nəfis qablaşdırma şəraitində alıcıya çatdırılır.   

"Wow" 
Qeyri-adi və gözəgəlimli, həmçinin, valehedici formaya və rəngə malik növdür. Elə bu keyfiyyətlərinə görə məntiqi olaraq bu ada layiq görülmüşdür. Azərbaycan bazarına bizim şirkət tərəfindən ilk dəfə çıxarılmışdır və böyük rəğbət qazanmışdır.

"Fiorenza" 
Tünd qırmızı butona malik, gövdəsinin uzunluğu 60-80 sm-ə çatan və orta səviyyədə tikanlı növdür.